22 
Noy
2019
14:39
160
81
4900
Virtual karabakh

Brilliant Dadaşova: Gəlinimin şou-biznes nümayəndəsi olmasını istəmirəm

22 Noy, 2019
14:39
4900

Brilliant Dadaşova: Gəlinimin şou-biznes nümayəndəsi olmasını istəmirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən böyük arzum tezliklə nənə olmaqdır.

Oxu.Az xəbər verir ki, bunu Xalq artisit Brilliant Dadaşova “Show news” proqramına açıqlamasında bildirib.

“Nənə olmaq gözəldir. Amma zəmanə dəyişdiyi üçün indiki uşaqlar hər kəsi adı ilə çağırır. Çox istəyərəm ki, mənə nənə desinlər. Oğlum mənə təklikdə Brilliant, insanlar arasında isə mama deyir.

Oğlum Cahadın şou-biznes nümayəndəsi ilə evlənməsinə icazə vermərəm. Özüm sənətdə olsam da, heç vaxt şou göstərməmişəm. Oğlumun alacağı qızın musiqiçi olmasını istəyərəm. Özü sənətçi birini sevsə, alaram. Şou göstərmək mənlik deyil. Şou əhli akrobatik hərəkətlər edən və tamamilə başqa təbiətli insanlar olur.

Gündəm olsun deyə heç bir hərəkətlərdən çəkinmirlər. O, mənlik deyil. Gəlinim də mənim kimi ciddi olmalıdır. Gəlinim üçün ən ideal qayınana olacam. Oğlumun xoşbəxt olması üçün əlimdən gələni edəcəm. Qısqanc qayınana olmaram. Olanlar dünyagörüşü dar olan insanlardır”, - deyə Xalq artisti bildirib. 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri