Dek
2019
09:27
32
131
7778
Virtual karabakh

Necati Şaşmazın arvadından şok iddia: Amerikalı qadınla evlidir

2 Dek, 2019
09:27
7778

Necati Şaşmazın arvadından şok iddia: Amerikalı qadınla evlidir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aktyor Necati Şaşmazın boşanma ərəfəsində olan həyat yoldaşı Nagehan Şaşmaz onun haqqında şok açıqlama verib.

Oxu.Az xəbər verir ki, Nagehan həyat yoldaşının amerikalı qadınla evli olduğunu açıqlayıb.

Bununla bağlı məhkəməyə müraciət edib.

Nagehan Şaşmaz ifadəsində bunları qeyd edib:

“Boşanma prosesi davam edərkən Necatinin Pensilvaniyadan olan Kleyr adlı xanımla evli olduğunu öyrəndim. ABŞ-ın bu məsələ ilə bağlı səlahiyyətli qurumlarından sənədləri tələb edirəm. Həmçinin, Necati haqqında araşdırma aparılmasını və cəzalandırılmasını istəyirəm”.

Necati Şaşmaz haqqında deyilənlərə boşanma sənədi ilə cavab verib.  Aktyor 2001-ci ildə amerikalı qadınla, həqiqətən, evli olduğunu, amma həmin il boşandığını açıqlayıb.

Qeyd edək ki, 2012-ci ildə ailə quran cütlüyün iki övladı var. Onlar bu ilin fevralında qarşılıqlı boşanma davası açıb.

Nagehan Şaşmazın Necati Şaşmaza xəyanət etməsi ilə bağlı iddilar irəli sürüb.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri