Dek
2019
14:30
33
177
3790
Virtual karabakh

Günay İbrahimli: Toy xəbərimi internetdə görəcəksiniz - FOTO

Bacım da, qardaşım da subaydır. İçərilərində ən böyüyü mənəm, mənim ailə qurmağımı gözləyirlər (gülür).

Bu sözləri məşhur müğənni Günay İbrahimli məclislərin birində Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib. Sənətçi “Toyunuz nə zamandır?” sualını zarafata salıb, bu cür reaksiya verib:

“Toy xəbərimi internetdə görəcəksiniz. Toy media üçün qapalı olacaq. Amma hələ ki, toy yoxdur deyə, bu haqda heçnə danışa bilmirəm (gülür)”.

Sənətçi Amerika səfərindən danışıb, təəssüratlarını bölüşüb:

“Əslində hər zaman Amerikaya getməyin arzusunda olmuşam. Bu günə qismət imiş. Mənim bacım orada diasporada çalışır. Orada da tez-tez müxtəlif tədbirlər keçirilir. Səfər işimin olmayan  vaxtına, yəni, məhərrəmlik ayına təsadüf etdi. Tədbir Nyu-Yorkun “Harvord” adlanan sarayında baş tutdu. Qonaqlar arasında Nyu-Yorkun tanınmış ziyalıları, səfirlər, keçmiş prezidentlər, hətta baş nazir də gəlmişdi.

Mən də öz növbəmdə Azərbaycanın xalq və bəstəkar mahnılarımı həmin tədbirdə səsləndirdim. Çıxışım onların çox xoşuna gəldi. Hətta məni ABŞ paytaxtı Vaşinqton şəhərinə dəvət etdilər. Amma vaxtım məhdud olduğundan oraya gedə bilmədim”.

Nyu-York küçələrində Hollivudun məşhur aktyoru Ben Stillə görüşməsi isə Günay üçün gözlənilməz olub:

“Ağlımın ucundan da belə keçmirdi ki Amerikada filmlərini sevə-sevə izlədiyim və aktyor kimi çox bəyəndiyim Hollivud aktyoru Ben Stillerlə görüşərəm. Ben çox qocalıb, saçları da ağarıb amma buna rəğmən o xarizmasını və yaraşığını hələ də itirməyib.Tədbirdən çıxıb, Nyu-York küçələrində gəzirdim. Birdən Beni gördüm və çox təəccübləndim, geri qayıdıb onunla salamlaşdım və ünsiyyət qurdum. Daha sonra bacımla birgə aktyorla restoranda əyləşib, söhbətləşdik. Bizimlə yemək də yedi. Çox sadə bir insandır. Ona söylədim ki, uşaqlıqdan bəri sizin çəkildiyiniz filmləri izləyirik. Azərbaycanda sizi çox bəyənirlər”.

“2020-ci ili harada keçirəcəksiniz ?” sualına isə Günay “12-ni səhnədə vuracağam” deyib fikirlərini bu cür tamamlayıb:

“Ötən il yeni ili Moskvada keçirdim. Sözlə ifadə edə bilməyəcəyim qədər möhtəşəm idi. Sırf şəxsi həyatıma həsr etdim Moskva səfərimi. Bu il isə yeni ili Azərbaycanda qeyd edəcəyəm. Bu da işimlə əlaqədardır. Çünki bir çox yeni il şənliklərində səhnə alacağam. Yəni, 12-ni səhnədə vuracağam (gülür). Amma mütləq şəkildə xaricə səfərə yollanacağam. Hələ ki, hara gedəcəyimi seçməmişəm. Yeni ilə bir həftə qalmış bilet alıram. Qışda isti ölkəyə getməyi sevmirəm. Ancaq soyuq ölkələrə gedirəm. Bəlkə də bu mənim qışda anadan olmağımla əlaqədardır ona görə soyuq ölkələri sevirəm. Mart aylarında isə isti ölkələrə üz tuturam. Məsələn, Sinqapura və ya İndoneziyaya getmək olar”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri