Dek
2019
09:24
103
32
2789
Virtual karabakh

Meryem Uzerli Bred Pittlə eyni layihədə yer alacaq

5 Dek, 2019
09:24
2789

Meryem Uzerli Bred Pittlə eyni layihədə yer alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyəli aktrisa Meryem Uzerli Hollivud ulduzu Bred Pittlə eyni layihədə yer alacaq.

Oxu.Az xəbər verir ki, aktrisa Bred Pittlə qadın haqlarına diqqət çəkilməsi nəzərdə tutulan layihədə iştirak edəcək.   

Aktrisaya bununla bağlı təklif Parisdə UNESCO-nun tədbirində iştirak etdiyi zaman gəlib.

Layihə Avropa Birliyinin nümayəndəsi Meral Melika Duran tərəfindən hazırlanır. Bred Pitt və sevgilisi olduğu iddia edilən İraq əsilli Alia Şokatla eyni layihədə olacaq aktrisanın hələlik hansı rolda oynacağı açıqlanmayıb.

Almaniyada yaşayan aktrisanın bu layihəyə seçilməsinin onun ərəb ölkələrində sevilməsi ilə bağlı olduğu bildirilib.

Qeyd edək ki, Meryem Uzerli “Möhtəşəm yüz il” serialı ilə tanınıb.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri