12 
Dek
2019
06:06
70
23
2105
Virtual karabakh

Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir

12 Dek, 2019
06:06
2105

Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış Hollivud rejissoru Kventin Tarantino “Billi öldürmək” məşhur filminin davamını çəkmək niyyətində olduğunu bildirib.

“Andy Cohen Live” radio verilişində açıqlama verən rejissor yeni filmdə baş rolda əvvəllər olduği kimi Uma Turmanı gördüyünü bildirib.

O qeyd edib ki, Turman əla formadadır. Rejissorun fikrincə filmdəki qisasçı gəlin obrazı daha artığına layiqdir.

“Bu böyük bir iş olacaq. Əvvəlcə filmin konsepsiyası hazırlanmalıdır: çoxlu döyüşlərdən sonra gəlinin başına nələr gəldiyini aydınlaşdırmalıyıq. Bu dəfə, doğrudan da, maraqlı ola biləcək ideyalarım var”, – deyə Tarantino açıqlayıb.

O bildirib ki, filmin çəkilişinə üç ildən sonra başlamaq fikrindədir.   

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri