13 
Dek
2019
10:21
81
33
3542
Virtual karabakh

Beren Saat: Məşhurluq sanki həbsxanadır

13 Dek, 2019
10:21
3542

Beren Saat: Məşhurluq sanki həbsxanadır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur aktrisası Beren Saat tanındıqdan sonra həbsxana həyatı yaşamağa məcbur qaldığını açıqlayıb.  

Oxu.Az xəbər verir ki, “Based İstanbul” jurnalına müsahibə verən aktrisa 9-10 yaşları olanda “Aşk-ı Memnu”da tərəf müqabili olan Selçuk Yöntemin tamaşasını izlədikdən sonra aktrisa olmağa qərar verdiyini açıqlayıb.

Beren Saat türk filmlərini bəyənmədiyini, daha çox komediya filmlərinə çəkildiyini bildirib:

“Hazırda musiqi, kitab və teatr sahələrində xeyli inkişaf var. Amma Türkiyə istehsalı olan filmlərdə bu proses yoxdur. Çünki daha çox komediya filmləri çəkilir”.

“Məşhur olmaq necə bir hissdir?” sualına aktrisa məşhurluq, populyarlığın tanınana kimi yaxşı olduğunu qeyd edib:

“Amma məşhur olduqdan sonra elə bil həbsxanaya düşürsən”.

Qeyd edək ki, Beren Saat “Netflix”in yeni Türkiyə istehsalı olan “Atiye” serialında baş rolla ekrana geri dönür.

Sevinc Yasinqızı   

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri