14 
Dek
2019
11:34
329
28
3108
Virtual karabakh

Nura Suri: Müğənnilər əməliyyatdan sonra “inkubator toyuqları”na bənzəyirlər

Bütün dünyada elə bir tendensiya yaranıb ki, qadınlar plastik və estetik əməliyyatlardan sonra başlayıblar bir-birinə bənzəməyə. Təbii gözəllik qalmayıb artıq.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində cazibədar müğənni Nura Suri deyib.

O, son günlər bir çox ifaçıların plastik və estetik əməliyyat yolu ilə bir-birinə bənzəməsinə etirazını bildirib:

“Şəxsən mənim bir imicim var. Saçımın rəngindən tutmuş, geyimimə kimi dəyişməyərək qalır. Düşünürəm ki, insan özü olaraq qalmalıdır. Müğənnilərdən söhbət gedirsə, onun mahnılarında, saç düzümündə, geyimlərində və s.

Zeynəb Xanlarova, Alla Puqaçova, Maykl Cekson, Tina Ternor, Ajda Pekkan kimi məşhurlara diqqət yetirsək, görərik ki, hər birinin özünəməxsus imici var. Onlara baxıb bir çox şeyləri öyrənmək olar. Amma günü-gündən xanımların bir-birinə “inkubator toyuqları” kimi bənzəməsi kənardan heç də yaxşı görünmür. Səhnədə olan insanlar seçilməyi bacarmalıdırlar”.

Sənətçi həmkarı Günay İbrahimlinin “Bir çox müğənnilərin bədən nahiyələri “kuvşin”ə bənzəyir” sözlərinə qəhmər çıxaraq, sözügedən məsələyə bu cür nöqtə qoydu:

“Əgər kimsə artıq çəkilidirsə, arıqlamaq istəyirsə, burnunu balacalaşdırırsa, burada ayıb və rişxənd ediləcək bir şey yoxdur. Kimsə yaşa dolduqca gözəl görünmək istəyirsə, burada qınanılacaq bir şey yoxdur. Günayın sözündə həqiqət var, bir çox xanımların bədənləri plastik əməliyyatdan sonra “kuvşin”ə bənzəyir.

Ümumiyyətlə, hazırda şəhərə çıxanda üç nəfərdən birinin bir-birinə bənzədiyini görürük. Burun, dodaq, diş, qaş, göz, kiprik hamıda eynidir. Çoxları da əməliyyata uzanıb bellərini incəldib, ombalarını böyüdürlər. Səhnə gözəlliyi sevir, gözəlləşmək üçün etmək olar. Amma “inqubator toyuqları” kimi bir-birinə bənzəməyin əleyhinəyəm. Düşünürəm ki, individuallıq vacib məsələlərdən biridir”.

Qeyd edək ki, yerli şou-biznesin bir sıra məşhur nümayəndələri bədən şəkilləndirici əməliyyatlarla artıq çəkidən azad olub, bədən üzvlərini daha da cəlbedici etdiriblər. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri