17 
Yan
2020
13:48
19
302
5965
Virtual karabakh

Əməkdar artist canlı efirdə söyüş söyüb?: “Ağzımın danışığını bilən insanam” - VİDEO

17 Yan, 2020
13:48
5965

Əməkdar artist canlı efirdə söyüş söyüb?: “Ağzımın danışığını bilən insanam” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün öncə ATV-də yayımlanan “Şou ATV” proqramında Əməkdar artist Vasif Məhərrəmlinin canlı efirdə qeyri-etik ifadə işlətdiyi iddia olunub.

Oxu.Az xəbər verir ki, həmkarı və duet ortağı Xatirə İslamla proqramda qonaq olan müğənni sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə yayılanlara cavab verib. 

Mövzunun müzakirəsi zamanı xanım müğənni gülərək heç vaxt belə bir şeyin olmadığını söyləyib və Vasif Məhərrəmlinin yanından uzaqlaşıb. Bu anda Əməkdar artist sənətçinin sözügedən addımına anlaşılmayan və səssiz şəkildə cavab verib. Bu da Vasif Məhərrəmlinin canlı efirdə söyüş söydüyü qalmaqalını yaradıb.

Məsələnin əslini öyrənmək üçün Oxu.Az-ın əməkdaşı Vasif Məhərrəmli ilə əlaqə saxlayıb.

O, hadisəni belə şərh edib:

“İlk dəfədir ki, sizdən eşidirəm. Həyatı boyu elə bir şey ola bilməz. Mən ağzımın danışığını bilən insanam. İndi mən bunu özüm araşdıraram. Bu təxribatdan başqa bir şey deyil”.

Qeyd edək ki, məsələ ilə bağlı xəbəri ilk olaraq Qafqazinfo.az yayımlayıb. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri