19 
Yan
2020
01:17
86
40
4885
Virtual karabakh

Moda dünyasına pis xəbər: Qotye son şousuna hazırlaşır - FOTO/VİDEO

19 Yan, 2020
01:17
4885

Moda dünyasına pis xəbər: Qotye son şousuna hazırlaşır - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur fransız modelyer Jan Pol Qotye yanvarın 22-də “Paris Chatelet” teatrında moda sənayesindəki karyerasının 50 illiyinə həsr edilmiş şounun son olacağını bildirib.  

Oxu.Az xəbər verir ki, məşhur şəxsi “Twitter” hesabından moda həvəskarlarına videomesaj ünvanlayıb.  

“Salam! Mən Jan Pol Qotyeyəm. 22 yanvarda “Paris Chatelet” teatrında karyeramın 50 illik yubileyinə sizi dəvət edirəm. Gələcəksinizmi? Dostlarımla birlikdə böyük bir bayram olacaq, yaxşı vaxt keçirəcəyik. Sizi üzəcək bir xəbərim var: Bu, mənim son moda nümayişim, mənim son “Qotye Paris” şoum olacaq”, - deyə dizayner bildirib. 

Qeyd edək ki, 2019-cu ilin aprel ayında 68 yaşını qeyd edən Jan Pol Qotye karyerasına “Pierre Cardin” moda evində başlayıb. Fransız dizayner 1976-cı ildə öz kolleksiyasını yaradıb.  

Dünya şöhrətli dəb ikonası şou-biznes nümayəndələri, kino və balet ulduzlarının səhnə geyimlərinin müəllifidir. 

 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri