20 
Yan
2020
14:06
19
164
5607
Virtual karabakh

Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü

20 Yan, 2020
14:06
5607

Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı müğənni Devid Olni Florida ştatında keçirilən müəllif mahnıları festivalında çıxışı zamanı vəfat edib.

Bu barədə “Variety” nəşri yazıb.

Olninin konserti yanvarın 18-də keçirilib. 71 yaşlı ifaçı özünü pis hiss edərək stula əyləşib. Səhnədəki digər musiqiçilər və tamaşaçılar Olninin bir qədər dincəlmək istədiyini düşünərək dərhal köməyə gəlməyib.

Hadisə şahidlərinin sözlərinə görə, o, üçüncü mahnısını ifa edərkən özünü pis hiss edib. Olni üzr istədikdən sonra susub və huşunu itirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri