21 
Yan
2020
12:40
9
192
6166
Virtual karabakh

Əməkdar artist: “Niyə “18+” edirsiniz ki, açıq şəkildə...” - ÖZƏL

21 Yan, 2020
12:40
6166

Əməkdar artist: “Niyə “18+” edirsiniz ki, açıq şəkildə...” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mən proqramda heç nə deməmişəm. Söyləmişəm ki, Xatirə, üzünü niyə çevirirsən? Başqa söz ola bilməz!

Bunu tədbirlərin birində qonaq qismində iştirak edən Əməkdar artist Vasif Məhərrəmli Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

Sənətçi ATV telekanalında yayımlanan “Şou ATV” səhər proqramında həmkarı Xatirə İslamla söhbəti zamanı söylədiyi qeyri-etik ifadəyə belə aydınlıq gətirib: 

“Bu məsələyə gülüb keçirəm. Mən hər yerdə sözümü-söhbətimi bilən adamam. Xüsusilə də canlı efirdə. Belə şeylər ola bilməz. Bu, mənə qarşı edilən təxribatdır. Bu məsələ haqqında çox da sərt çıxışlar etmək istəmirəm.

Çox qabartmaq da istəmirəm. Adi “necəsiniz?” sözünün üstünə “səs” qoyub sanki qeyri-etik bir ifadə işlətmişəm kimi qərəzli şəkildə məsələni şişirtmək olar. Niyə “18+” edirsiniz ki, açıq şəkildə verin, getsin”.

“ATV-nin “Youtube”dakı rəsmi kanalı sizin “Şou ATV”dəki qalmaqala səbəb olan çıxışınızı silib” sözlərimizə isə V.Məhərrəmlinin cavabı belə oldu:

“Nə gözəl. Bitdi bu iş. Əla!” (gülür)

Həmkarı X.İslamla aralarında yaşanan sevgi iddialarına isə Əməkdar artist belə münasibət bildirib:

“Bir kişi müğənni əgər xanım sənət yoldaşı ilə duet oxuyursa, “onların aralarında sevgi münasibəti var” kimi dedi-qodular dolaşır. Mənim həyat yoldaşım bilir ki, biz Xatirə ilə dostuq. Xatirənin həyat yoldaşı Fəxrəddin də bilir ki, bizi Xatirə ilə yalnız dostluq birləşdirir. Aramızda 20 illik dost münasibəti var”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri