22 
Yan
2020
02:00
136
55
10245
Virtual karabakh

Azərbaycanın tanınmış aparıcısı nişanlandı - FOTO

22 Yan, 2020
02:00
10245

Azərbaycanın tanınmış aparıcısı nişanlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aparıcı Cavid Gül nişanlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə aparıcı şəxsi “Instagram” hesabında məlumat paylaşıb.

Cavid Nərgiz adlı xanımla ailə qurmağa hazırlaşır. Aparıcı gələcək həyat yoldaşının şəklini paylaşmasa da, nişan üzüklərini güllərin fonunda yayımlayaraq bu sözləri yazıb: “Cavid əldən getdi. Nərgiz, nə yaxşı ki, həyatımda varsan”.

Daha öncəki paylaşımlarında isə Cavid üzərində adların ilk həriflərini bəzəyən tort və konfetlərin fotosunu yayımlayıb.

Qeyd edək ki, Cavid “ATV Maqazin 10larla” proqramında verdiyi son müsahibəsində “Öz seçimimdir. Nişanlanmamışıq, amma ona doğru gedirik. Mediadan gizlədirəm, çalışacağam ki, gizlədim” deyərək ailə həyatı quracağı ilə bağlı məlumat vermişdi.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri