24 
Yan
2020
16:52
18
213
3914
Virtual karabakh

Tolik: Eltonun çevrəsindəki insanlar məni qıcıqlandırır - ÖZƏL

24 Yan, 2020
16:52
3914

Tolik: Eltonun çevrəsindəki insanlar məni qıcıqlandırır - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Üç ilə yaxındır ki, “Xəzər” televiziyasında “Hər Şey Daxil” səhər şousunun aparıcısıyam. Zamanımın az olmasından Eltonla bir çox yerlərə gedə bilmirəm. Yalnız axşamlar birlikdə el şənliklərinə gedirdim. Birgə işlədiyimiz altı ildə Elton da, mən də yetərincə pul qazanmışıq. Eltonun həyat yoldaşı prodüser Tamilla Hüseynəliyeva (Toma) hazırda onun işləri ilə məşğul olur. Eltonun ətrafında bəzi insanlar var ki, onlar məni qıcıqlandırır. Onları nə görmək, nə də ki üz-üzə gəlmək istəyirəm.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində prodüser və aparıcı Tarix Əliyev (Tolik) deyib. Eltonla iş birliyinə son qoyan Tolik sözügedən məsələdə günahı müğənninin ətrafında niyyəti xoş olmayan şəxslərdə gördü:

“Eltonun çevrəsindəki insanlar onun nüfuzuna xələl gətirir, mən isə bunlara göz yuma bilmərəm. Elə bu səbəbdən qərar verdim ki, dostcasına, söz-söhbətsiz və davasız ayrılaq. İstəsəm, 20 müğənni ilə işləyərəm. Eltona da işlərində uğurlar arzu edirəm”.

Məşhur sosial media hesabının oğurlanaraq, bağlanması ilə bağlı xəbərləri isə bu cür şərh etdi:

““İnstagram” hesabım oğurlanmayıb. Özüm bir günlük bağlamışam. Vermişəm içindəki bəzi paylaşımları təmizləsinlər. Hesabımda olan “spam”ları, lazımsız foto və videoları siləcəklər. Axşam saatlarında özüm yenidən sosial şəbəkə səhifəmi “aktiv” edəcəyəm”.

Artıq çəkidən birdəfəlik azad olmaq üçün ötən həftə plastik əməliyyat keçirən Tolik redaksiyamızın əməkdaşı ilə söhbətində bunları deyib:

“Əməliyyatdan öncə çəkim 97 kiloqram idi. Efirdə özümə baxanda narahat olurdum. Görüntüm xoşuma gəlmirdi. Artıq çəkidən xilas olmaq üçün “liposaksiya” əməliyyatı keçirdim. Sinəmdən və qarnımdan 5 litrə yaxın piy götürüldü. İndi özümü yaxşı hiss edirəm. Qarnımda olan şişkinliklər hələ də var. Bir neçə həftədən sonra şişkinlik keçəcək, tam özümə gələcəyəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri