25 
Yan
2020
19:35
62
241
11931
Virtual karabakh

Türkan Vəlizadə: İnsan gərək nə qədər ağılsız olsun ki, 10 min manat pul versin - VİDEO

“İnstagram” hesabımda reklam xarakterli nə paylaşıramsa, deməli, dost və tanışlarım bunu məndən xahiş ediblər. Sırf qazanc naminə, pul üçün etmirəm.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə Xəzər TV-də yayımlanan “X maqazin” proqramında deyib.

Sənətçi bir paylaşıma görə 10 min manat pul alan həmkarlarını məsxərəyə qoyaraq, efir vasitəsilə biabır edib:

“Biri üç, biri beş, biri də on minə reklamı öz səhifəsində paylaşır. İnsan gərək nə qədər ağılsız olsun ki, on min manat pul versin, “İnstagram”da məhsulunu paylaşsınlar. Mən bunu eşidəndə şoka düşdüm”.

T.Vəlizadə sosial media hesabında nə qədər aktiv olsa da, oradan pul qazanmadığını açıq şəkildə dilə gətirib. Hələ üstəlik, bəzi geyim mağazalarının rəhbərlərini yıxıb-sürüyüb:

“Hansı mağazadan hər hansısa libas götürüb geyinirəmsə, heç birindən pul almamışam.

Sadəcə, əynimdə daşıdığıma görə həmin geyim və geyimi satan mağaza reklam olunub. Bəzi mağaza rəhbərlərinin beyinləri görün, nə qədər inkişaf etməyib ki, “bu insan bizə hörmət edir, reklam etdiyinə görə bizdən pul almır, bəlkə buna bu geyimi hədiyyə edək və ya həmin geyimi özü almaq istəyirsə, endirim edək”, kimi şeylər haqqında heç düşünmürlər. İnanın ki heç o endirimi belə bizə etmirlər. Mən axı niyə görə onları reklam etməliyəm? Gedib pulumu verib, alıram”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri