27 
Yan
2020
12:24
23
160
5152
Virtual karabakh

Sevda Yahyayeva: Məndən xəbərsiz hamı məni evləndirib, boşandırır - ÖZƏL

27 Yan, 2020
12:24
5152

Sevda Yahyayeva: Məndən xəbərsiz hamı məni evləndirib, boşandırır - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qismət olanda mən də evlənəcəyəm. Məndən xəbərsiz hamı məni evləndirib, boşandırır. 

Bunu məşhur müğənni Sevda Yahyayeva Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

İfaçı haqqında gəzib-dolaşan evlənmək xəbərlərinə belə reaksiya verib:

“Əsas da odur ki, bu hissləri yaşayıram (gülür). Amma bunlar, təbii ki, qismət işidir. Evlənmək planla olan bir məsələ deyil. Hazırda həyatımda heç kim yoxdur”.

İl ərzində bir neçə klip çəkdirib, tamaşaçıların qarşısına maraqlı layihələrlə çıxan sənətçi uzun sürən yaradıcılıq sükutunu isə mahnı kasadlığı ilə əlaqələndirərək giley-güzar edib:

“Yeni klip çəkməməyimin əsas səbəbi yaxşı mahnı tapmamağımdır. Yaxşı mahnı yoxdur. Əvvəllər vəziyyət daha fərqli idi. Həm musiqilərdə, həm də mahnıların sözlərində. İndi axtarışlarımız çox olsa da, əfsuslar olsun ki, faydası yoxdur: “Hə, bax bu mahnıdır” dediyim hələ də yoxdur. Demirəm ki, yazılmır, amma səbəbini heç özüm də bilmirəm.

Bəstəkarlara da üz tutanda deyirlər ki, “sən mənə mövzu ver”. Mövzu olaraq ciddi şəkildə söz kasadlığı var. Qarşıma yaxşı mahnıların çıxacağına inanıram. Amma özüm də axtarışdayam. Bu yaxınlarda yeni mahnı təqdim edəcəyəm.

Bəstə Əməkdar artist Ədalət Şükürova məxsusdur. 90-ci illərdə yazdığı mahnılardan biridir. Hazırda mahnı aranjimandadır. On gün ərzində dinləyicilərin öhdəsinə verəcəyəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri