27 
Yan
2020
23:45
28
169
9612
Virtual karabakh

Günay İbrahimlinin təşkil etdiyi qış tətili anasını qorxutdu - FOTO/VİDEO

27 Yan, 2020
23:45
9612

Günay İbrahimlinin təşkil etdiyi qış tətili anasını qorxutdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay İbrahimli şou-biznesin dedi-qodularından və səs-küyündən uzaqlaşmaq üçün ailəsi ilə birlikdə Şahdağa gedib.

Oxu.Az xəbər verir ki, yol boyunca bacısı İlahə ilə mahnılar oxuyan sənətçi anası İlhamə xanım, atası və qardaşı Nicatla birgə Qusarda yeləşən “Şahdağ” turizm kompleksinə yollanıb. Ailəsi ilə birlikdə qarlı havada istirahət edən Günay kiçik tətildən görüntüləri şəxsi “İnstagram” hesabında paylaşıb. İngilis dilində “Mənim ailəm” başlığı altında istirahətdən şəkil yayımlayan sənətçi həmçinin sosial media səhifəsinin “hekayə” bölümündə maraqlı video bölüşüb.

Bacısı İlahə və anası İlhamə xanımla kanata minən Günay hündürlükdən qorxmadığını hərəkətləri ilə sübuta yetirib. Lakin müğənninin anası qızından fərqli olaraq kanata minməyi heç bəyənməyib. O, “Bu nədir? Necə olacağam ? Günay məni danışdırma, ölürəm” deyərək, hündürlük fobiyasını üzə çıxarıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri