28 
Yan
2020
17:47
31
603
13576
Virtual karabakh

Məşhur meyxanaçının ürəkdağlayan görüntüləri: Bir ildir ki, yataq xəstəsidir - VİDEO

28 Yan, 2020
17:47
13576

Məşhur meyxanaçının ürəkdağlayan görüntüləri: Bir ildir ki, yataq xəstəsidir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-də yayımlanan “Elgizlə İzlə” sosial-ictimai proqramında məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti ilə bağlı urəkdağlayan videomaterial yayımlanıb.

Oxu.Az xəbər verir ki, yataq xəstəsi olan 2017-ci ildə beyninə qan sızan meyxanaçı müsahibə verməkdə çətinlik çəkdiyindən Ağakərimin oğlu atasının səhhətindən söz açıb:

“2017-ci ildən xəstədir, 2019-cu ildən isə yataq xəstəsi olub. Bu zamana qədər o bizə baxıb. İndi də bizim borcumuzdur ki, ona baxaq. İnşallah, sağalar”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin ayaqları tutulmuşdu. Maddi imkanları çatmadığı üçün ailəsi meyxanaçını xəstəxanadan çıxarmaq məcburiyyətində olduğunu açıqlamışdı. Daha sonra sənətçinin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri