31 
Yan
2020
15:52
23
93
2146
Virtual karabakh

“CinemaPlus”da “Gələrsən-Görərsən” filminin qala gecəsi baş tutub - FOTO/VİDEO

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında komediya janrında olan “Gələrsən-Görərsən” filminin qala gecəsi keçirilib.

Filmin baş prodüseri və rejissoru Vüsalə Cəfərova, ssenari müəlliflərləri Fariz Əliyev və İlkin İmanovdur.

Baş rollarda Nurəddin Mehdixanlı, Növrəstə Həşimova, Vüsalə Cəfərova, Müşviq Şahverdiyev, Elşən Hacıbabayev, Hüseyn Əzizoğlu, Vahid Orucoğlu və Səadət Abbasova oynayıblar.

Qısaca məlumat: Bir nənənin üç nəvəsi olur. Bunların hərəsinin başına bir iş gəlir və hamısına pul lazım olur. Nənə bunların əlindən bezir və şərt qoyur. “Kim sevdiyi qızla gəlsə və mənim şərtlərimə, sınaqlarıma üç gün ərzində dözsə, ona əlli min manat pul verəcəm” deyir. Sonra iki nəvəsi qızla, biri isə oğlan dostuna qadın paltarı geyindirib, gətirir. Nənə üç gün ərzində bu qızları sınağa çəkərək, başlarına oyun açır.

Film yanvarın 30-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Qeyd edək ki, tədbirin təşkilinə Cinema Distribution, “Light in Black” kreativ şirkəti, “Salam Aleykum” restoranı, “Absheron Sharab”, “Şeh Su” və “Red Bull” dəstək olublar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri