Fev
2020
16:09
124
397
6970
Virtual karabakh

Afət Fərmanqızı: “Oğluma “Instagram”ı olan qız almaram” - VİDEO

3 Fev, 2020
16:09
6970

Afət Fərmanqızı: “Oğluma “Instagram”ı olan qız almaram” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-də yayımlanan “Ona qalsa” verilişində qonaq olan müğənni Afət Fərmanqızı oğlunu evləndirmək istədiyini deyib.

Oxu.Az xəbər verir ki, qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən sənətçi oğluna “Instagram”ı olmayan qız alacağını söyləyib:

“Oğlum mənə deyir ki, sənin zövqünlə evlənsəm, müharibə başlayacaq, mənim işimə qarışma. Deyirəm ki, gedək kəndimizdən kasıb bir ailənin başıaşağı bir qızı var, onu alaq, heç nəyi də lazım deyil.

Səni çox istəsin, nəvələrim olsun, bizim çayımızı, yeməyimizi versin, bəsdir. Çox gözüaçıq, “Instagram”ı olan qız istəmirəm. Biz müğənniyik, bizə “Instagram” olar”.

Qeyd edək ki, müğənni A.Fərmanqızı aylar öncə Oxu.Az-a açıqlamasında oğlunun Avropada yaşayıb, oranın ən bahalı ali məktəblərinin birində təhsil aldığını bildirmişdi.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri