Fev
2020
13:41
30
79
1681
Virtual karabakh

Çoxdan gözlənilən “Eltilerin Savaşı” komediyası “CinemaPlus”da - VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsində çoxdan gözlənilən “Eltilerin Savaşı” komediyasının nümayişinə başlanacaq.

Filmin rejissoru Onur Bilgetaydır.

Baş rollarda Gupse Özay, Merve Dizdar, Ferit Aktuğ və Uraz Kaygılaroğlu çəkiliblər.

“Eltilerin savaşı” filmi iki elti olan Sultan və Gizem arasında olan şirin atışmalar və bitməyən rəqabət haqqındadır. Gizem və Sultan iki gənc qadındır. İkili arasında yaşanan xırda çəkişmələr bir müddət sonra şirin bir rəqabətə çevrilir.

Bir-birinin etdiklərindən geri qalmaq istəməyən eltilər özlərini əyləncəli bir müharibənin içinə salırlar. Qardaş olan Selim və Fatih də bir müddər sonra həyat yoldaşları arasında yaşanan bu rəqabətin iştirakçısına çevrilirlər.

Sosial media asılılıqları olan Gizem və Sultanın evlilik həyatlarına diqqət çəkən filmdə iki eltinin yarışından həyat yoldaşları Selim və Fatihin necə təsirləndiklərini görürük.

Film fevralın 6-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri