12 
Fev
2020
09:48
69
323
9789
Virtual karabakh

Hacı Nuran yenidən xəstəxanaya yerləşdirildi - FOTO

12 Fev, 2020
09:48
9789

Hacı Nuran yenidən xəstəxanaya yerləşdirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur teleaparıcı Hacı Nuran Hüseynov ötən gecə yenidən xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə teleaparıcı sosial media hesabında məlumat verib.

“Son günlərin gərgin rejimi səhhətimdə bəzi problemlər yaratdı. Xəstəxananı sevməsəm də, bəzən sevmədiyimiz nələrəsə tabe olmalı oluruq. İnsan sağlamlığının qədrini xəstələnəndə bilir. Özümü heç də yaxşı hiss etmədiyimdən müalicəyə ehtiyac vardı.

Elə bilirdim ki, günü-günə satmaqla, müalicənin vaxtını uzada biləcəm. Amma alınmadı... İki saatdan bəri davam edən müayinədən sonra həkimlərin qərarı qəti idi: yataq rejimi... Beləcə, bir müddət müalicə almalıyam”.

 

Qeyd edək ki, Hacı Nuran Hüseynov uzun müddətdir ki xərçəng xəstəliyindən əziyyət çəkir. O, bir neçə ildir ki, müalicəsini həm Bakıda, həm də Almaniyada davam etdirir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri