13 
Fev
2020
11:36
42
109
5448
Virtual karabakh

Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”

13 Fev, 2020
11:36
5448

Zamiq Hüseynov: “Röya dedi ki, Abbasla barışmasan, sizi efirdə biabır edəcəyəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamı bilir ki, Abbasla aramda soyuqluq var idi. Aramızdakı buzlar indi əriyir. Biz elə tərbiyə almamışıq ki, bir-birimizə qarşı ciddi səhv edək, sonra da o səhvi bağışlaya və ya altından qalxa bilməyək”.

Bu sözləri Oxu.Az-a açıqlamasında müğənni Zamiq Hüseynov deyib. Sənətçi Xalq artisti Röya Ayxanın vasitəsi ilə Əməkdar artist Abbas Bağırovla barışdığını bildirib:

“Aramızdakı yüngül bir inciklik idi. Bu inciklik qardaşlar arasında da olur. Birlikdə Moskva səfərimizdə incikliyə son qoyduq. Oradakı ab-havanı görən dostumuz Röya dedi ki, barışın: “İncikliyinizi qəbul edə bilmirəm. Barışmasanız, efirdə sizi biabır edəcəyəm”.

Beləliklə də, Röyanın vasitəsi ilə barışdıq.

Zamiq Abbasla 13 yaşından dostluq etdiyini, ona doğma bir insan olduğunu dilə gətirdi:

“5-6 il idi ki, danışmırdıq. Abbasla uşaqlıqdan dostuq. 13 yaşından bir-birimizi tanıyırıq. Keçmişə baxanda, o illər də adamı doğmalaşdırır. Bu gün biz sənət yoldaşıyıq. Zamanında aramızda bəzi problemlər olub. Ümid edirəm ki, bundan sonra olmaz”.

Z.Hüseynov A.Bağırovla küsülü olduğu zaman toylarda üz-üzə gəldiyi zamanlarda incikliyi büruzə vermədiyini söylədi:

“Dəfələrlə Abbasla eyni səhnəni toylarda paylaşmışıq. Bir-birimizi elə təqdim edirdik ki, kənardan danışmadığımız bilinmirdi. Tədbirlərdə də görüşürdük. Küsülü olduğumuzu ancaq yaxın ətrafımız bilirdi”.

Qeyd edək ki, Abbasla Zamiq eyni tədbir və məclislərdə iştirak etsələr də, bir-biri ilə kəlmə kəsməyiblər. Onların küsülü olmasına səbəb isə Zamiqin tədbirlərin birində Abbasla salamlaşmaması olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri