18 
Fev
2020
14:51
25
145
4137
Virtual karabakh

Dünyanın ən yaraşıqlı kişisi cəlbediciliyindən danışdı - FOTO

Dünyanın ən yaraşıqlı kişisi kimi tanınan britaniyalı aktyor Robert Pattinson bu statusun ona verilməsindən təəccübləndiyini bildirib.

Bu barədə “Allure” xəbər yayıb. 

“Mən heç bir zaman yaraşıqlı insan roluna can atmamışam, çünki insanlarla ünsiyyətdə çətinliyim olub. “Harri Poter”də mənim personajım yaraşıqlı idi və bu rola seçildiyim üçün şokda idim. Sonra “Alatoran” filmində çox cəlbedici Edvard rolunda oldum”, - deyə Pattinson bildirib.

O, çəkilişdən əvvəl bədənini epilyasiya etdirdiyini və saçlarını boyadığını bildirib. 

“Alatoran” filmindən bir neçə il əvvələ qədər dostlarımdan heç biri mənim cəlbedici ola biləcəyimi düşünmürdü”, - deyə o, gülərək əlavə edib.

Qeyd edək ki, Robbert Pattinson qızıl nisbət prinsipi ilə dünyanın ən yaraşıqlı kişisi hesab olunub. Riyazi düstur əsasında 33 yaşlı aktyorun parametrlərinin “ideal”a 92 faiz yaxın olduğu müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri