19 
Fev
2020
09:20
62
12
2509
Virtual karabakh

Hollivud ulduzu “Betmen” rolundan imtinasının səbəbini açıqladı

19 Fev, 2020
09:20
2509

Hollivud ulduzu “Betmen” rolundan imtinasının səbəbini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ aktyoru Ben Afflek “Betmen” rolundan alkoqolizm probleminə görə imtina edib.

“The New York Times”ın yaydığı xəbərə görə, bu barədə o özü deyib.

B.Afflek ciddi alkoqol problemləri olduğunu, hətta bu səbəbdən “Betmen” rolundan da imtina etməli olduğunu bildirib.

Hollivud ulduzu spirtli içki düşkünü olmasının onun nəinki karyerasında, eyni zamanda, ailəsində də ciddi problemlər yaratdığını qeyd edib. O, həyat yoldaşı Cennifer Qarnerlə boşandığı üçün peşman olduğunu, bundan utandığını, bu səbəbdən daha çox içməyə başladığını vurğulayıb.

Bundan başqa, Afflek qızları - 14 yaşlı Vaylet, 11 yaşlı Serafin və yeddi yaşlı oğlu Samuelə qarşı da özünü günahkar bilir.

Qeyd edək ki, aktyor “Oyundan kənar” adlı yeni filmində spirtli içki ilə mübarizə aparan basketbol komandasının məşqçisi rolunu canlandırır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri