19 
Fev
2020
11:10
57
64
6175
Virtual karabakh

Şeykdən ayrılan Hollivud ulduzu Tom Kruzun arvadı ilə görüşür - FOTO

19 Fev, 2020
11:10
6175

Şeykdən ayrılan Hollivud ulduzu Tom Kruzun arvadı ilə görüşür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor Bredli Kuper şəxsi həyatını mediadan gizlətməyə çalışsa da, onun görüşdüyü şəxsin kim olduğu ortaya çıxıb.

Oxu.Az xəbər verir ki, 45 yaşlı aktyor Tom Kruzun keçmiş həyat yoldaşı aktrisa Keti Holmsla görüşməyə başlayıb.

Bredli və Keti yeni ildən öncə tanış olub və indi birlikdə zaman keçirirlər. Cütlük alış-veriş mərkəzlərinin birində təsadüfən görüşüblər.

Nyu-Yorkun eyni bölgəsində yaşadıqlarını öyrəndikdən sonra Kuper ilə Holms sıx-sıx göruşməyə başlayıblar.

Aktyorlar incə münasibətlərini büruzə verməmək üçün çox diqqətlə davranırlar. 

Xatırladaq ki, Keti Tom Kruzdan olan 13 yaşlı qızı Surini tək başına böyüdür. Cütlük qalmaqallı boşanıb.

Hollivud aktyoru Bredli Kuper isə rusiyalı model İrina Şeyk ilə 2019-cu ilin iyununda aralarında yaşanan mübahisələrdən sonra ayrılmaq qərarına gəliblər.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri