20 
Fev
2020
12:50
18
222
5747
Virtual karabakh

Məşhur basketbolçu 12 yaşlı oğlunun transgender olduğunu etiraf etdi

20 Fev, 2020
12:50
5747

Məşhur basketbolçu 12 yaşlı oğlunun transgender olduğunu etiraf etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçmiş NBA oyunçusu və “Miami Heat” komandasında üçqat çempion olan Dueyn Ueyd oğlu haqqında qalmaqallı açıqlama verib.

Oxu.Az xəbər verir ki, basketbolçu Zay adlı 12 yaşlı oğlunun transgender olduğunu etiraf edib.

Oğlu adını dəyişərək Zaye olub.

Bu xəbəri dünya ilə bölüşmək Dueyn üçün asan olmayıb.

“Bu barədə danışmaq mənim üçün çətin idi. Onun 12 yaşında olduğunu başa düşürük. İnsanların 12 yaşlı uşağın belə vacib bir qərarı haqqında nə söyləyəcəyi barədə çox düşündük. Bunu bütün ailə ilə müzakirə etdik. Yalnız özümüzə deyil, bu mövzuda digər insanlara da kömək etmək istəyirik”.

Basketbolçunun yaxın ətrafı bu etirafdan qıcıqlanaraq, onu tənqid atəşinə tutub. Onlar D.Ueydi səhv addım atmaqda qınayaraq, oğlunun şəxsi həyatını bu şəkildə ictimailəşdirməyin doğru olmadığını yazıblar.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri