22 
Fev
2020
16:46
24
323
5584
Virtual karabakh

Əməkdar artistin vəziyyəti pisləşdi: Əməliyyata götürülür

22 Fev, 2020
16:46
5584

Əməkdar artistin vəziyyəti pisləşdi: Əməliyyata götürülür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhhətində ciddi problemlər olan Əməkdar artist Rəhman Rəhmanov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə köçürülüb.

Bu barədə Oxu.Az-a R.Rəhmanov özü açıqlama verib.

Sənətçi vəziyyətinin ağır olduğunu, bir neçə saatdan sonra əməliyyat olunacağını söyləyib:

“Ötən gün vəziyyətim kritik idi. Komaya düşdüm. Koma vəziyyətində təcili olaraq 6 saylı xəstəxanaya yerləşdirildim. Amma bir azdan əməliyyata girəcəyəm. Məni çox ağır iki əməliyyat gözləyir. Biri bu gün, digəri isə çərşənbə axşamı olacaq”.

Əməkdar artist, Kukla Teatrının baş rejissoru Qurban Məsimovun Yenicağaz-a onun barəsində verdiyi “Rəhman müəllim təcili əməliyyat edilməlidir. Bunun üçün xəstəxanaya ödəniş olunmalıdır. Hələlik o məbləğ olmadığı üçün həkimlər gözləyir. Biz və yaxınları bu məbləğin toplanmasına çalışırıq” açıqlamasına sərt reaksiya verdi:

“Qurban məsləhətləşməmiş nahaq belə bir açıqlama yayıb. Mən heç kimə ağız açmamışam və deməmişəm ki əməliyyatıma pulum yoxdur. Özümə nə gəlib? Bu gün xanımım əməliyyat pulunu xəstəxanaya ödəyib. Belə cılız məsələlərlə gündəmə gəlmək istəmirəm”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri