25 
Fev
2020
12:30
45
101
2614
Virtual karabakh

Riki Martinin qaldığı oteli yandırmaq istədilər - VİDEO

25 Fev, 2020
12:30
2614

Riki Martinin qaldığı oteli yandırmaq istədilər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çilidə Vinya-del-Mar şəhərində təşkil olunan musiqi festivalı etirazlara səbəb olub. Küçələrə axışan aksiyaçılar konsert vermək üçün festivalın təşkil olunduğu əraziyə gələrək Riki Martin və digər musiqiçilərin qaldığı otelin qarşısında iğtişaş törədiblər. 

Bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, aksiyaçılar oteli yandırmağa cəhd ediblər. İğtişaşlar zamanı səkkiz maşın yandırılıb, 23 nəfər isə yaralanıb.

Aksiyaçılar ölkədə təhsil, səhiyyə, təhlükəsizlik və digər sahələrdə problemlərin olmasına rəğmən, festivalın təşkil olunmasına etiraz ediblər.

Tədbirdə Tom Cons, Riki Martin, Şakira və başqa məşhur musiqiçilər iştirak edirlər.

Festivalın ilk günündə səhnəyə çıxan Riki Martin isə aksiyaçılara dəstəyini ifadə edib: “Həmişə sülh içində yaşayın, amma əsla susmayın və haqqınızı tələb edin”.

Qeyd edək ki, Latın Amerikası ölkələrində ən əlamətdar musiqi hadisəsi sayılan “Vinya-del-Mar Mahnı Festivalı” 50 ildir keçirilir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri