27 
Fev
2020
12:53
12
77
2846
Virtual karabakh

Rusiyanı “Avroviziya-2020”də təmsil edən müğənninin adı açıqlandı - VİDEO

27 Fev, 2020
12:53
2846

Rusiyanı “Avroviziya-2020”də təmsil edən müğənninin adı açıqlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

May ayının 12-i, 14-ü və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci “Avroviziya” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcək müğənninin adı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Rusiyanı beynəlxalq yarışmada əslən ukraynalı 35 yaşlı populyar müğənni Aleksandr Panayotov təmsil edəcək.

Rusiya mediasının yaydığı məlumata əsasən, Panayotov “Avroviziya 2020”də mahnısını rus dilində ifa edəcək. Müğənni müsabiqədə “Uğursuzluqlarımın göz yaşı” əsərini oxuyacaq.

Bəstənin müəllifləri Mixail Qutseriyev, Vladimir Matetskiy və Leonid Qutkindir.

Təqdim olunan proqrama görə, Rusiyadan olan iştirakçı mayın 12-də “Avroviziya-2020”nin ilk yarımfinalında çıxış edəcək. Müğənni səhnəyə ilk onluqda çıxacaq.

Qeyd edək ki, 65-ci yubiley “Avroviziya-2020” mahnı müsabiqəsinə Niderland ev sahibliyi edir. Ölkəsinə bu qalibliyi isə “Arcade” mahnısını ifa edən Duncan Laurens gətirib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri