Apr
2020
10:20
29
229
7707
Virtual karabakh

Məşhur bəstəkar koronavirusdan öldü - FOTO

2 Apr, 2020
10:20
7707

Məşhur bəstəkar koronavirusdan öldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı bəstəkar Adam Şlezinqer koronavirusdan ölüb.

Bu barədə “Variety” xəbər yayıb.

Məlumata görə, musiqiçi son bir həftəni Nyu-Yorkda xəstəxanada keçirib.

O da vurğulanıb ki, COVID-19-u ağır formada keçdiyi üçün həkimlər musiqiçini sedasiya vəziyyətində saxlamaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, “Emmi”nin üç dəfə mükafatçısı olan Şlezinqer, həmçinin, “Ən yaxşı yeni sənətçi” nominasiyasında “Qremmi” mükafatına sahib olub.

1997-ci ildə “That Thing You Do!” filmi üçün yazdığı “saundtrek”ə görə “Oskar” və “Qızıl qlobus” mükafatına namizədliyi irəli sürülüb.

Musiqiçi “Fountains Of Wayne” və “Ivy” qruplarının yaradıcısı olub.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri