Apr
2020
17:10
59
310
12554
Virtual karabakh

Brilliant Dadaşova: “Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı” - VİDEO

3 Apr, 2020
17:10
12554

Brilliant Dadaşova: “Məni təhqir edən Xalq artistinin qızının dostu çıxdı” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Dostlarım da videoya çəkdi. “Tet-a-tet” adlı mahnımın klip çəkilişində fasilə idi, onda çəkilmişdi”. 

Qafqazinfo xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Show News” proqramına açıqlamasında bildirib.

Məşhur müğənni bir müddət əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüləri barədə danışıb:

“Tənqid edənlərə baxsanız, hər şey aydın olar. Onları “qara siyahı”ya atmıram. Elə insan var ki, yalandan 10 saxta profil açır. Ya da rəfiqələrinin profilindən mənə şərh yazırlar. Nəsə yazırlarsa, demək səninlə məşğuldurlar. Xoşum gəlməyənə vaxt itirmərəm. Bunlar vaxt itirib rəy yazırlarsa, deməli, narahatdırlar.

Özünə əziyyət verib yazır, şər, böhtan atır, təhqir edir, demək ki, qıcıqlanır, narahatdır. Onu “blok” etmək olmaz. Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim, tapdılar. Həmin uşaq bir Xalq artistinin qızının dostu çıxdı. Uşağın nənəsi zəng etdi, mənim də ürəyim dözmədi, söhbəti böyütmədim”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri