10 
Apr
2020
14:06
115
81
10868
Virtual karabakh

Supermodel karantində 15 kiloqram kökəldi - FOTO

10 Apr, 2020
14:06
10868

Supermodel karantində 15 kiloqram kökəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktrisa, teleaparıcı, model Tayra Benks karantin günlərində çəkisini 15 kiloqram artırıb.

“Harper's Bazaar” jurnalına müsahibə verən model bununla kifayətlənməyərək, çəkisini daha da artırmaq fikrində olduğunu deyib.

46 yaşlı aktrisa gündəlik qidasından danışıb. O, səhərlər acqarına şəkərsiz tünd qəhvə, süd və sirop içir. Bundan başqa, onun menyusuna qaymaqlı-pendirli simit, qızardılmış basdırma və müxtəlif dadlı çipslər daxildir. Benks, həmçinin tez-tez yeməyi kənardan sifariş verdiyini, xüsusilə ənənəvi Meksika qidası olan takonu sevdiyini qeyd edib.

Model, eyni zamanda, nə vaxtsa artıq çəkidən qurtulacağını deyib, amma bunu yaxın günlərə planlaşdırmadığını əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri