12 
May
2020
12:22
111
52
3581
Virtual karabakh

Azərbaycanlı aktyor Rusiyada əlinə qılınc alıb döyüşdü - VİDEO

12 May, 2020
12:22
3581

Azərbaycanlı aktyor Rusiyada əlinə qılınc alıb döyüşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin sentyabrından çəkilişləri başlayan Rusiya istehsalı olan “Rusiyalı qul” (Русский раб) serialının pərdə arxası görüntülərini ekran əsərində rol alan məşhur aktyor Kamran Ağabalayev gün üzünə çıxarıb.

Oxu.Az xəbər verir ki, tarixi janrda ərsəyə gələn 12 seriyadan ibarət filmin baş rollarından birini canlandıran aktyor səkkiz aydan çox lentə alınan ekran əsərində yer alan qılıncla döyüş kadrlarını izləyiciləri ilə bölüşüb.

Həmin görüntülər isə Sankt-Peterburq şəhərinin tarixi məkanlarından birində lentə alınıb.

Karantin günlərində darıxmadığını dilə gətirən K.Ağabalayev “Rusiyalı qul” ekran əsərinin çəkilişlərinin yekunlaşdığını bildirib:

“Karantində ancaq çəkiliş meydançası üçün darıxıram. Bu video səkkiz ay müddətində çəkilən “Rusiyalı qul” serialının son günlərində çəkilib. Görüntülər məşq prosesindəndir. Yenə səhər saat 4-də oyanmağa hazıram”.

Qeyd edək ki, rusiyalı prodüser Yelena Deniseviçin rejissoru olduğu ekran əsərində K.Ağabalayev Bəyazid Ağa obrazını canlandırıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri