16 
May
2020
17:06
69
399
7915
Virtual karabakh

Sevil və Sevinc bacıları: “Sənət qalıb kənarda, Röya ilə Natavan saç üstündə dalaşır” - VİDEO

16 May, 2020
17:06
7915

Sevil və Sevinc bacıları: “Sənət qalıb kənarda, Röya ilə Natavan saç üstündə dalaşır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son günlər başa düşə bilmirəm ki, məşhurlar arasında niyə bu qədər aqressiya var və bu haradan yaranır? Bir fotosessiyanın üstündə müğənnilər dalaşıb, bir-birindən inciyirlər”.

Oxu.Az xəbər verir ki, bu sözləri şou-biznesin əkiz bacıları, müğənnilər Sevinc və Sevil Səfərovalar Xəzər televiziyasında yayımlanan “Şən Bazar” səhər şousunda qonaq olarkən deyiblər.

Sevinc Xalq artisti Röya Ayxan ilə Natavan Həbibinin arasında yaşanan imic qalmaqalına sərt reaksiya verib:

“Bu dünya trendidir. Bunu dizaynerlər kəşf edib. Qısa, ultra şort dəbdir, biri geyinir, ikinci geyinəndə deyirlər, təkrarladı. Onda belə çıxır ki, hamımız bir-birimizi təkrarlayırıq. Bu saç düzümünü Rihanna edib (öz saçların göstərir - red), demək mən də ondan götürmüşəm.

Bir az rahat olmaldırlar. Dalaşan hər bir xanımın öz özəlliyi, fərqli təqdimatı var. Fotosessiyaya diqqət yetirsək, görərik ki, hər müğənniyə başqa cür yaraşır. Bunun üstündə dalaşmağa, inciməyə gərək yoxdur.

Röya ilə Natavan bir-birinə oxşamayan xanımlardılar. O boyda sənət, iş qalıb kənarda, iki xanım saç üstündə dalaşır”.

 
Qeyd edək ki, Xalq artisti Röya Ayxanın imic dəyişikliyini edən stilist Anar Ağakişiyev müsahibəsində qarşı tərəfi (Natavan Həbibi - red.) ideya oğurluğunda günahlandıraraq, yaratdıqları qalmaqalı cılız və gülməli adlandırıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri