21 
May
2020
11:19
35
227
9574
Virtual karabakh

Roza ağladı, ögey oğlu canlı efirə gəldi: “Evlənmək istəmirəm” - VİDEO

21 May, 2020
11:19
9574

Roza ağladı, ögey oğlu canlı efirə gəldi: “Evlənmək istəmirəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Karantinə görə üç aydır əsgərlikdə olan oğlum Jerara zəng vurub danışa bilmirəm. Övladlarımla qürur duyuram”.

Oxu.Az xəbər verir ki, bunu məşhur müğənni Roza Zərgərli “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Verilişin aparıcısı Zaur Kamal sənətçiyə gözlənilməz sürpriz edib. O, Rozanın böyük oğlu, aktyor Corc Qafarovu studiyaya çağırıb. Əlində gül səbəti ilə canlı yayıma gələn Corc müğənnini göz yaşlarına boğub.

“Verilişi izləyirdim, ürəyim dözmədi, gəldim canlı efirə”, - deyə C.Qafarov söyləyib.

R.Zərgərli aktyor oğlu barədə bunları söyləyib:

“Oğlum Corc 24 saat yanımda olur. Onun səsi var, amma peşəkar səhnə üçün uyğun deyil. Səkkiz yaşından televiziyadadır, 11 yaşından isə filmlərə çəkilir. Corc uşaqlıqdan elə korifey sənətkarla birlikdə işləyib ki, artıq bu işə peşəkarcasına yanaşır”.

Aparıcının “Corc, nə zaman evlənirsən?” sualına aktyor “25 yaşım var. Evlənmək istəmirəm. Hələ tezdir. Tələsmirəm...”, - cavabını verib.

Corcun evlənmək məsələsinə R.Zərgərli belə reaksiya verib:

“Balaca oğlum Jerar, deyəsən, daha tez evlənəcək. Birinci Jerar, sonra qızım Bənövşə. Ən sonda Corc evlənəcək”.

Qeyd edək ki, Roza Zərgərlinin Bənövşə adlı qızı doğma övladıdır, Corc ilə qardaşı Jerarı isə müğənni uşaq evindən övladlığa götürüb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri