21 
May
2020
16:00
56
326
7143
Virtual karabakh

Xalq artistindən “body”də şəkil çəkdirən müğənnilərə dəstək: “Yozmayın, dilinizi qısa edin” - ÖZƏL

21 May, 2020
16:00
7143

Xalq artistindən “body”də şəkil çəkdirən müğənnilərə dəstək: “Yozmayın, dilinizi qısa edin” - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Düşünüb yaşayan insanam. Hər addımımı hesabatla yaşamışam. İnsan düşünmədən addım atırsa, taleyi də faciəvi ola bilər. İnsan ağıllıdırsa, özünü hər çətinlikdən sığorta edə bilir”.

Bu sözləri Xalq artisti Flora Kərimova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Karantin günlərini bağ evində keçirən sənətkar orada təmir işlərinin yekunlaşmadığını bildirib:

“Bağırdılar, qışqırdılar ki, yeni dünya düzəni olacaq. Heç bir dəyişiklik olmadı. Çünki yaradanın qanununa heç bir düzən təsir edə bilməz. Yaradan hər birimizin taleyini yazıb. Millətimə əziyyət də olsa, hamı sağdır. Əsas da budur”.

Londonda yaşayan qızı Zümrüdə hər gün hesabat verən Xalq artisti uzun illərdir ona sadiq olan Yaqut xanımın nəzarətində qaldığını söylədi:

“Koronavirusun evi yıxılsın. Qızım Zümrüd Londondadır. Onunla hər gün “WhatsApp” vasitəsi ilə danışıram. Hər səhər-axşam Zümrüdümə telefonda hesabat verirəm. Deyirəm ki, “Bağımda təmir işləri gedir. Ustalar çalışırlar. Onların da başının üstündə Yaqutum dayanır. Hər şeyə nəzarət edir. Mən də onun nəzarətindəyəm. Hərdən görürsən ki, üstümə qışqırıb deyir ki, “Mane olma, əsəbiləşirəm” (gülür).

Beləcə günümüzü sona çatdırırıq. Aramızda qarşılıqlı anlayış, hörmət var. Ümidim var ki, övladlarımı, nəvələrimi görərəm. Elədiklərimə baxıb sevinər, bir az tərifləyər… Bəlkə də hamımız özümüzü bu cür aldadırıq”.

“Body”də fotosessiya etdirən Xalq artisti Röya Ayxan bu addımına görə tənqid olundu. Onun ardınca isə Mina Hüseyn “body”də kamera önünə keçərək, gündəmi alt-üst etdi. Müğənnilərin açıq-saçıq geyimlərdəki şəkilləri cəmiyyət tərəfindən xoş qarşılanmayıb.

Sənətçilərin qalmaqallı geyim tərzlərini F.Kərimova özünəməxsus şəkildə saf-çürük etdi:

“Geyim məsələsi hər insanın özünə hörmətindən asılıdır. Hər insanın öz həyat tərzi var. Onlara ağıl öyrədə bilmərəm. “Body”də fotosessiya edən müğənni çılpaq deyil. Əynində geyim var. Hər insan düşündüyü həyatı yaşayır. Lakin elə insanlar var ki, estetikdir, yəni gözəldir. Onlara sırf “gözəllik rəmzi” kimi baxmaq lazımdır.

Bu insanların həyatını yozmaq lazım deyil. Yozmayın! Qoyun onlar öz şəxsi həyatlarını yaşasınlar. Dilinizi qısa edin! Kimisə ittiham, tənqid etməkdən öncə özünüzə, ailənizə, çevrənizə baxın. Aranızda olan münasibətə, insanlığa diqqət yetirin.

Geyim insanın tərbiyəsidir, gənclərə mesajdır. Geyinmək insanın öz ixtiyarında olan məsələdir”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri