24 
May
2020
22:37
41
219
9846
Virtual karabakh

“Təhminə və Zaur”un altıncı mərtəbəsi... - FOTO/VİDEO

24 May, 2020
22:37
9846

“Təhminə və Zaur”un altıncı mərtəbəsi... - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şou-biznesdə “Sivva” ləqəbi ilə tanınan bəstəkar-müğənni Sevinc Ağasıyeva yeni layihəsini təqdim edib.

Oxu.Az xəbər verir ki,  “Altıncı mərtəbə” adlı mahnının sözləri rejissor, “Delee” təxəllüslü klipmeyker Cavid Orucluya, bəstəsi isə Sevincin özünə aiddir. Ekran işində müğənninin tərəf müqabili “Delee” özü olub.

Mahnının aranjemanı Samir Şirinova məxsusdur.

Klipin süjet xətti Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərini xatırladır.

Rejissor və bəstəkarın obrazları isə Təhminə və Zaur kimi təsvir olunub.

Qeyd edək ki, “Sivva” məşhur “Əziz müəllimim” mahnısının bəstəkarı və ifaçısı, həmçinin Xalq artistləri Aygün Kazımova, İlqar Muradov və digər sənətçilərin ifasında səslənən mahnıların müəllifidir.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri