25 
May
2020
13:27
60
171
12201
Virtual karabakh

Fidan Qasımova ilə quda olan Nahidə Orucova: “Qızım üçün darıxıram” - VİDEO

“Qızım təhsili ilə əlaqədar ailə qura bilmirdi. Ona söylədik ki, təhsilini başa vur, sonra ailə qurarsan. Sonra elə alındı ki... Yəni həyatdır, qismət...”

Oxu.Az xəbər verir ki, bunu Əməkdar artist Nahidə Orucova “MTV Azərbaycan” telekanalında yayımlanan “Söhbətsiz” şou proqramında qonaq olarkən, müsahibələrinin birində söylədiyi “Əslində, mənim qızım 10 il öncə Fidan Qasımovanın oğlu ilə ailə həyatı qurmalı idi” fikirlərinə münasibət bildirərkən deyib.

“Bilqeyis (qızı - red.) Azərbaycan Dövlət Xarici Dillər Universitetinin Filologiya fakültəsini bitirib, iki dil üzrə. Hörmət etdiyim sənətkarlarla qohum olduğuma görə çox xoşbəxtəm”, - N.Orucova bildirib.

Verilişin aparıcısı Samir Bayramlının “Qızınızın Fidan Qasımovanın oğlu Fəridlə evlənəcəyi xəbəri mətbuata çıxanda belə fikirlər yarandı ki, zamanında qarşı tərəf bunun əleyhinə olub, ona görə də, gənclərin evlənməsi bu qədər uzun çəkib” sözlərinə N.Orucova belə reaksiya verib:

“Xeyr, belə bir şey əsla olmayıb. Bu günü çoxdan gözləyirdim ki, qızım evlənsin və ailəsi olsun. Bilqeyislə tez-tez görüşürəm. Onun üçün çox darıxıram. Qızım çox zaman mənim yanımda olmayıb, çünki son illər atası (Nahidə Orucova 25 ildən çoxdur ki, boşanıb - red.) ilə qalırdı.

Artıq yanımda yaşamadığı üçün buna öyrəşmişdim. Keçmiş həyat yoldaşım Bakıda yaşayır. Onunla da dost münasibətindəyəm. Bilqeyis ailə həyatı qurandan sonra onun üçün darıxmağa başladım. Elə bil ki, qızım 30 il yanımda olub, indi ondan ayrı düşmüşəm. Belə qəribə hisslər keçirirəm”.

Qeyd edək ki, Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə Əməkdar artist Nahidə Orucovanın qızı Bilqeyis bu ilin fevral ayının 8-də ailə həyatı qurublar. Cütlüyün media üçün qapalı keçən nişanı isə ötən ilin avqust ayında baş tutmuşdu.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri