26 
May
2020
19:53
20
336
10382
Virtual karabakh

Məşhur aktrisanın övladının səhhətində problem yarandı - FOTO

26 May, 2020
19:53
10382

Məşhur aktrisanın övladının səhhətində problem yarandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə vətəndaşı ilə ailə qurduqdan sonra İstanbul şəhərinə köçən tanınmış aktrisa Cəmilə Tağızadənin oğlunun səhhətində problemlər yaranıb.

Oxu.Az xəbər verir ki, sənətçi övladı Abdullah Cəsuru peyvənd etdirdikdən sonra vəziyyətinin ağırlaşdığı barədə sosial media hesabında məlumat verib.

“Gedəndə gülərək getdik, gələn gündən uşağın peyvəndi hamımızı ağlar qoydu. 4-cü ayın peyvəndini vurdurduq. Hər dəfə uşaq özünə gələ bilmir. Bu dəfə isə daha ağır oldu. Günlərdir nə süd əmir, nə də doğru düzgün qidalanır. Hərarəti tez-tez enib-qalxır. Narahatdır, düzgün yatmır, çox ağlayır”, - deyə, C.Tağızadə bildirib.

Qeyd edək ki, Cəmilə Tağızadə 2017-ci ilin sentyabrında həkim Murad Temizlə Bakıda ailə həyatı qurub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri