27 
May
2020
10:50
70
80
5453
Virtual karabakh

Türk sevgilisini polisə verən azərbaycanlı model “Instagram”da şəkillərini sildi - FOTO

27 May, 2020
10:50
5453

Türk sevgilisini polisə verən azərbaycanlı model “Instagram”da şəkillərini sildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tez-tez qalmaqallı xəbərlərlə gündəmə gələn, Türkiyədə model karyerasını davam etdirən Günay Musayeva bir müddət öncə bağladığı “Instagram” hesabını yenidən aktiv edib.

Oxu.Az xəbər verir ki, sevgilisi Taha Tatlıcı ilə mübahisə edib, sonra onunla bağlı polisə şikayət edən Günay yaşadığı gərgin və stress dolu hadisələrdən sonra 120 minlik “Instagram” səhifəsini bağlayıb.

G.Musayeva “Instagram”da paylaşdığı yüzdən çox fotosunu, eləcə də Taha ilə birgə olan şəkillərini silib.

Hesabını yenidən aktiv edən Günay bir müddət öncə çəkdirdiyi fotosessiyadan üç şəkil yayımlayıb.

Taha isə sosial media hesabında keçmiş sevgilisinə qarşı zorakılıq etmədiyini yazıb:

“Uşaq və qadına qarşı şiddət göstərməyim barədə məlumatlar yalandır. Mən yox, Günay Musayeva silahla insan yaralamaqda ittiham olunur. Onun 2,5 il həbsi üçün hüquqi işlər davam edir. Bu xəbəri yayanları şiddətlə qınayıram”.

Qeyd edək ki, G.Musayeva ötən həftə sevgilisi T.Tatlıcı ilə dalaşıb. O, “Məni xilas edin” deyərək, qonşularından yardım istəyib. Sonra isə model polisə müraciət edib.   

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri