28 
May
2020
17:29
101
220
8517
Virtual karabakh

Xalq artisti: “Rəhmətə gedən ata-anamı söyən müğənnini bağışlamayacağam” - VİDEO

“Bacılarım ərləri tərəfindən edilən zorakılığa 15 il dözüb. O şillələrə, təhqirlərə… Amma ayrılandan sonra onlar qınanıldı, çünki tanınmış ailəyik.”

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “ARB” televiziyasında yayımlanan “Elgizlə izlə” sosial-ictimai proqramında qonaq olarkən kişilər tərəfindən qadınlara qarşı edilən zorakılıqdan bəhs edərkən deyib.

Sənətçi ailədə şiddətlə üzləşən xanımlara efir vasitəsi ilə səslənib:

“Mentalitetimiz fərqlidir, XXI əsrdə yaşayırıq, təəssüf ki, ayrılanda xanımları günahlandırırlar. Bəylər var, baxanda deyirlər ki, çox mədənidir. Amma evində xanımına əl qaldırıb, onu döyür. Elə insan var ki, onun xanımını döyməsi ağıla gəlməz. Qadınlar var ki, 10-20 il şiddətə dözür, sonra isə evindən çıxıb gedir. Elə xanımlar da var ki, şiddətə bir il də dözmür.

Mənim ailə qurmağımın 32 ili tamam olur. Qismət olsa, Ədalət bəylə 35 illiyimizi qeyd edəcəyik.

Qızlara deyirəm ki, ərin şiddətinə dözməyin, pisdirsə ayrılın. Sizi təhqir edib, döyən biri ilə yaşamağa dəyməz. Mən heç yarım silləyə də dözmərəm”.

Proqramın gedişatında B.Dadaşova mərhum valideynlərini təhqir edən bir müğənnini həyatı boyu bağışlamayacağını bildirib:

“Mənə deyirlər ki, kinlisən, bağışlamırsan. Bir müğənni var, rəhmətə gedən ata-anamı söyüb. Onu heç vaxt bağışlamayacağam. Ata-anamın dırnağı olmayan biri onları söyüb”.

Qeyd edək ki, Xalq artisti B.Dadaşova Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə evlidir. Cütlüyün Cahad adlı oğlu var.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri