İyn
2020
11:17
22
133
4314
Virtual karabakh

Xalq artistinin duet ortağı Sevda Əliqızı: “Səməd haqqımı itirdi” - VİDEO

5 İyn, 2020
11:17
4314

Xalq artistinin duet ortağı Sevda Əliqızı: “Səməd haqqımı itirdi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uzun illər Xalq artisti Səməd Səmədovun duet ortağı, hazırda solo karyerasını davam etdirən müğənni Sevda Əliqızı “ATV” telekanalında yayımlanan “7 canlı” axşam şousunda qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, sənətçi  zərflərdən çıxan sözlərin monitorda fotosu əks olunan hansı sənət nümayəndəsinə aid olduğunu müəyyən etməli olub. İ

Zərfdən çıxan “Kiminlə duet oxumazsınız?” sualına Sevdanın cavabı sərt olub:

“Səməd Səmədovla 15 il duet oxumuşam. Bundan sonra onunla bir yerdə çıxış etmərəm. Səməd haqqımı itirdi. Onunla düşmən deyiləm, danışırıq. Amma onunla bir araya gəlib, duet ifa etmərəm. 15 il ərzində illərim puça getdi. Bu illər ərzində başqa işlər görə bilərdim. Gərək heç kimlə duet oxumazdım. Necə əvvəldən solo çıxış edirdim, gərək elə də davam edərdim. Çox heyifslənirəm”.

Qeyd edək ki, ikilinin arasında yaranan qalmaqala səbəb Xalq artisti S.Səmədovun S.Əliqızı barədə müsahibələrin birində söylədiyi “Sevda qocalıb. Mən onunla oxuya bilmərəm” kəlimələri olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri