İyn
2020
10:41
144
226
11936
Virtual karabakh

İzləyicilər Günelin yeni imicini məsxərəyə qoydular: “Getdikcə çirkinləşirsən” - FOTO

5 İyn, 2020
10:41
11936

İzləyicilər Günelin yeni imicini məsxərəyə qoydular: “Getdikcə çirkinləşirsən” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə yaşayıb, fəaliyyətini uğurla davam etdirən müğənni Günel Zeynalova yenə imicini dəyişib.

Oxu.Az xəbər verir ki, “həftə səkkiz, mən doqquz” saç rəngini dəyişən sənətçi bu dəfə onları sarıya boyayaraq, “keratin” vasitəsilə düzləşdirib.

“Yepyeni mən” başlığı altında yeni şəkillərini sosial media hesabında paylaşan müğənni izləyicilərin tənqidinə məruz qalıb.

Onlar G.Zeynalovanın üzündə keçirdiyi plastik və estetik əməliyyatları bir daha başına qaxınc edərək, bu sözləri yazıblar:

“Özünü niyə bu hala salmısan?”, “Üzündə plastik əməliyyat keçirməsəydin, daha gözəl idin”, “Gözəl qız idin. Daha özünlə oynama. Getdikcə çirkinləşirsən. Bundan əvvəlki görünüşün daha gözəl idi, arıqlama” kimi rəylərlə müğənnini topa tutublar.

G.Zeynalova yazılan mənfi rəylərə reaksiya verməyib.

Qeyd edək ki, G.Zeynalova iki dəfə rinoplastika əməliyyatı keçirib. Bununla yanaşı, o, dodaqlarının həcmini gel vasitəsilə böyüdüb və qaşlarına “mikrobleydinq” etdirib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri