İyn
2020
09:05
53
623
18501
Virtual karabakh

Manaf Ağayev oğluna aldığı lüks avtomobildən danışdı: “Bahalı deyil, ucuzdur” - VİDEO

6 İyn, 2020
09:05
18501

Manaf Ağayev oğluna aldığı lüks avtomobildən danışdı: “Bahalı deyil, ucuzdur” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan şou-biznesinin ən varlı müğənnisi hesab olunan Manaf Ağayevin Buzovnadakı dəbdəbəli villasında çəkib, sosial media hesabında paylaşdığı fotoları onu dilə-dişə salıb.

Oxu.Az xəbər verir ki, sənətçi ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda şəkillərdə əks olunan sarı rəngli “Opel Speedster Turbo” markalı lüks avtomobilindən söz açıb.

M.Ağayev hamının bahalı kimi qələmə verdiyi idman avtomobilinin, əslində, köhnə və ucuz olduğunu açıqlayıb:

“Avtomobili kiçik oğlum Müşfiq üçün almışam. İnsanlar elə düşünürlər ki, bu avtomobil çox bahalıdır. Amma belə deyil. Qiymətini açıqlamaq istəmirəm. Bircə onu deyə bilərəm ki, idman avtomobilinin ili köhnədir. Çox ucuz maşındır”.

Qeyd edək ki, M.Ağayevin iki oğul, bir qızı var. Sənətçi böyük oğlu Elçini iki il öncə evləndirib. Bu toy mərasimi mediaya qapalı şəkildə keçirilib. Müğənninin kiçik oğlu Müşfiq nişanlansa da, toyu karantin rejiminə görə təxirə salınıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri