İyn
2020
11:04
39
352
7531
Virtual karabakh

Günayla Səfurənin bahalı və dəbli aksesuar “sevdası” - FOTO

6 İyn, 2020
11:04
7531

Günayla Səfurənin bahalı və dəbli aksesuar “sevdası” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gözəllik ondur, doqquzu dondur”.

Yerli məşhurlarımız bu devizi əldə bayraq tutaraq, dəbli görünmək üçün dəridən-qabıqdan çıxırlar.

Müasir estrada səhnəmizin parlaq ulduzlarından kimisi geyim aludəçisidir, kimisi də aksesuar.

Oxu.Az “Instagram”da populyar olan “Kim haradan geyinir?” səhifəsinə istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edir.

Dəbdəbəli tərzi ilə həmkarlarından bir addım öndə olan müğənni Günay İbrahimli nəinki oxuduğu hit mahnıları, eləcə də zövqü ilə hər zaman diqqət mərkəzindədir.

Günay geyimləri ilə yanaşı, bahalı aksesuarlara, xüsusilə ayaqqabılara xeyli pul xərcləyir.

Sənətçi istirahət üçün rahat, lakin kobud idman tərzli “Balenciaga” markasına aid ağ rəngli, üzəri fosforlu, dəyəri 1 281 manat olan ayaqqabı geyinib. 

Azərbaycanı 2010-ci ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Drip-drop” mahnısı ilə təmsil etmiş, mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Səfurə Əlizadə dəb və zövq diktə edən məşhurlardandır.

Şıq və olduqca nəfis tərzi ilə seçilən S.Əlizadə geyim kombinasiyalarının öhdəsindən yüksək bacarıq və peşəkarlıqla gəlir.

Üç uşaq anasının qarderobunda idman üslublu kifayət qədər geyim görə bilərik.

Sənətçi idman tərzinə maraq və qlamurluq qatmaq üçün “See by Chloe” brendinin açıq və tünd qəhvəyi, eləcə də zoğalı rəngli piton dərisindən hazırlanmış, dəyəri 585 manat olan çantadan istifadə edib.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri