24 
İyn
2020
15:00
82
253
4782
Virtual karabakh

Meyxanaçı Namiq modellik eşqinə düşdü: “Açıq-saçıqlığa və yüngüllüyə yol vermərəm” - VİDEO

24 İyn, 2020
15:00
4782

Meyxanaçı Namiq modellik eşqinə düşdü: “Açıq-saçıqlığa və yüngüllüyə yol vermərəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir ara özümə nifrət edirdim. Çox kökəldim. Nədən kökəldiyimi tapa bilmədim. Hiss edirdim ki, yaxşı deyiləm. Özümü kompleksli hiss edirdim. Bacardığım qədər axşamlar az yeyirəm. Qida rasionumdan çörəyi çıxarmışam.

Onun yerinə az miqdarda lavaşdan istifadə edirəm. Ayağımdan keçirdiyim əməliyyatlar səbəbi ilə çox gəzə bilmirəm. Buna görə çalışıram az yeyim. İdmanla məşğul oluram”.

Oxu.Az xəbər verir ki, bunu məşhur meyxanaçı Namiq Qaraçuxurlu “MTV xəbər” proqramına verdiyi müsahibəsində deyib.

Səhnəmizin yaraşıqlı bəy sənətçilərindən olan Namiq model olmaq niyyətinə düşdüyünü kamera önündə etiraf edib:

“Pandemiya səbəbi ilə toylar yoxdur. Belə bir qənaətə gəlmişəm ki, model olum. Klip və müxtəlif çəkilişlər üçün mənə model kimi müraciət edə bilərsiniz.

Model kimi tam hazır olmasam da, amma təklifləri dəyərləndirərəm. İncəsənət adamıyam. Əgər bir insan hər tərəfli istedadlıdırsa, niyə də özünü sınamasın? Onsuz da qocalıb əldən düşürük yavaş-yavaş.

Model kimi çıxış etmək üçün elə insandan təklif ala bilərəm ki, ikiəlli və şərtsiz razılaşaram. Açıq-saçıqlığa və yüngüllüyə yol vermərəm. Ciddilik mənim üçün çox önəmlidir”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri