24 
İyn
2020
15:45
176
154
18039
Virtual karabakh

Cennifer Lopez çimərlik obrazında bərq vurdu - FOTO

24 İyn, 2020
15:45
18039

Cennifer Lopez çimərlik obrazında bərq vurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şöhrəti ilə bütün dünyaya səs salan 50 yaşlı müğənni və aktrisa Cennifer Lopez sosial media paylaşımları ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, cazibədarlığı ilə göz qamaşdıran sənətçi “Guess” markasına məxsus ağ çimərlik geyimində fotolarını yayıb.

Görünüşünə diqqətlə yanaşan Lopez çimərlik tərzini böyük ölçülü halqavari sırğaları, gözünə taxdığı eynək və barmağındakı - sevgilisi iş adamı Aleks Rodrigesin hədiyyə etdiyi brilliant qaşlı üzüklə tamamlayıb.

Ulduzun “Yay əhval-ruhiyyəsi” başlığı altında paylaşdığı, biri-birindən füsunkar şəkilləri izləyicilər tərəfindən maraq və sevgi ilə qarşılanıb.

Qeyd edək ki, C.Lopez ilk dəfə 2018-ci ildə “Guess” brendinin yaz fəsli üçün təqdim etdiyi kolleksiyanın siması olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri