30 
İyn
2020
01:44
91
37
6216
Virtual karabakh

Dietoloq məşhur prodüserin bir ilə 100 kq arıqlamasını zərərli hesab edir - FOTO

30 İyn, 2020
01:44
6216

Dietoloq məşhur prodüserin bir ilə 100 kq arıqlamasını zərərli hesab edir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı prodüser və musiqiçi Maksim Fadeyev bir ilə 100 kiloqram arıqlayıb.

Lenta.ru-nun məlumatına görə, o, “Instagram” hesabında bununla bağlı fotosunu yayımlayıb.

Rusiyalı dietoloq İnna Kononenko isə M.Fadeyevin belə arıqlamağına münasibət bildirib. Onun sözlərinə görə, çəkidə bu cür qəfil dəyişikliklər bədənə zərər verə bilər. Həkim bunun xüsusən də öd kisəsi daşı xəstəliyi ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

“Mütəxəssislərin nəzarəti olmadan bu yolla arıqlamaq olmaz. Çünki ildə yüz kiloqram çoxdur”, - deyə, həkim vurğulayıb.

İ.Kononenko musiqiçinin ayaqlarının çox arıq göründüyünü, bunun da əzələ kütləsinin itirilməsini göstərdiyini vurğulayıb.

Yeri gəlmişkən, qeyd edək ki, prodüser aprelin əvvəllərində arıqlamağının sirrini paylaşmışdı (M.Fadeyev həmin vaxta qədər artıq 82 kiloqram çəki itirmişdi). Onun sözlərinə görə, səhər, günorta və axşam hər dəfə 600 millilitr “boğazı xoş yandıran, amma qaynar olmayan su” içib.

“Kiloların necə itəcəyini təsəvvür belə edə bilməzsiniz”, - deyə, musiqiçi vurğulamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri