17 
İyl
2020
01:31
617
55
6734
Virtual karabakh

Rusiyada yaşayan müğənni: “Azərbaycanlı kimi Vətənimdə baş verənlərdən kənarda qala bilməzdim” - FOTO

17 İyl, 2020
01:31
6734

Rusiyada yaşayan müğənni: “Azərbaycanlı kimi Vətənimdə baş verənlərdən kənarda qala bilməzdim” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya şou-biznesində xüsusi yeri olan, əslən azərbaycanlı, “Weel” ləqəbli Vilayət Niftalıyev son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotosunu paylaşıb. 

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabında etdiyi paylaşıma bu şərhi yazıb:

“Azərbaycanlı kimi Vətənimdə baş verən hadisələrdən kənarda qala bilməzdim. Bəli, mən Rusiyada doğulmuşam, ancaq heç vaxt haradan olduğumu unutmamışam. Mən hər zaman müharibə və zorakılığa qarşı olmuşam və olacam. İstənilən müharibə ilk növbədə insan itkisidir. Bəli, mən musiqiçiyəm, musiqim hər zaman siyasətdən uzaqdır. Ancaq mən bunu insan kimi yazıram.

Dayanın!

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüzün ilə başsağlığı verirəm.

#prayforazerbaijan”.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

⠀ Как Азербайджанец Я не мог остаться в стороне от происходящих событий на моей родине 🇦🇿 да я родился в России🇷🇺 но никогда не забывал кто я и откуда. Я всегда был, есть и буду против войн и насилия. Любая война это прежде всего человеческие потери. И не имеет значение кто какой нации. Да я музыкант и моя музыка всегда будет вне политики. Но сейчас я пишу как человек! Одно слово! Остановитесь!🙏🏼 ⠀ Так же я приношу глубочайшие соболезнование всем родным и близким погибших 🙏🏼 #prayforazerbaijan

Публикация от 𝗪𝗲𝗲𝗟 (@weel_music)

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri