17 
İyl
2020
12:36
285
206
17716
Virtual karabakh

Nura Suri tikinti şirkətində işə düzəldi

17 İyl, 2020
12:36
17716

Nura Suri tikinti şirkətində işə düzəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son iki aydır ki, özümə başqa sahədə iş axtarırdım. İyulun əvvəlləri bir neçə təklifi gözdən keçirdim və DCS MMC tikinti şirkətində rəsmi işə başladım”.

Oxu.Az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri “Facebook” səhifəsində yazıb. 

O qeyd edib ki, müğənniliklə yanaşı, başqa bir işin olmağı da vacibdir:

“Bir həftə öncə əmək müqaviləsi bağlamışıq. Başımız həm yardım işlərinə, həm də baş verən hadisələrə qarışdı. Sizə bu xəbəri deyə bilmədim”. 

Müğənni, həmçinin, media nümayəndələrinə də səslənərək, onlara öz minnətdarlığını ifadə edib:

“Xəbəriniz olsun, hörmətli jurnalistlər. Hər zaman mənə dəstək olduğunuz üçün hamınıza minnətdaram”.

Nura yekunda fərqli sahədə fəaliyyət göstərməsini belə əsaslandırıb:

“Balamı böyütməliyəm, işləməliyəm, pul qazanmalıyam. Bu, hələlik bizim sahədə mümkün deyil. Ölkəmiz isə çətin günlər yaşayır. Bir tərəfdən virus, o biri tərəfdən ermənilər”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri